AZ   |   RU
Fin xalqı NATO bazasına qarşıdır

Sorğunun nəticələri göstərir ki, Finlandiyada NATO-nun daimi bazasının yaradılmasına dəstəkdən daha çox qarşı çıxan var
 
Missiya.Az Finlandiyanın “MTV Uutiset” televiziyasının xəbərinə istinadən məlumat verir ki, Finlandiyada yaşayan əhalinin təxminən yarısı alyansa daxil olduqdan sonra belə ölkədə daimi NATO bazasının yaradılmasının əleyhinədir. 
 
İctimaiyyətin 48 faizi belə bir planın əleyhinə olsa da, 39 faizi bunu dəstəkləyir. Ölkənin Şimali Atlantika Alyansındakı beynəlxalq rolu ilə bağlı müsbət və mənfi rəylərin olduğu bildirilir.
 
Aqil Musa
Missiya.Az

  • 10-01-2023, 15:17