“Ukraynada zaman bizim tərəfimizdə deyil” başlıqlı məqalədə Ukraynanın tamamilə ABŞ yardımından asılı olan “çökmüş ölkə” olduğu etiraf edilir. Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Kondoliza Rays və keçmiş müdafiə naziri Robert M. Qeyts “Vaşinqton Post” qəzeti üçün yazdıqları birgə məqalədə Ukraynada müharibə uzandıqca, məğlubiyyətin daha da artacağına dair xəbərdarlıq ediblər.
Müəlliflər, Putinin müharibəni davam etdirmək əzmində olduğunu, Qərbin indi böyük miqdarda silah yığmadığı təqdirdə Rusiyanın bu uzun müharibədən qalib çıxacağını iddia ediblər.
2006-2009-cu illərdə dövlət katibi olmuş Rays və 2006-2011-ci illərdə müdafiə naziri olan Qeyts, “Putinlə dəfələrlə qarşılaşmış insanlar kimi biz əminik ki, Putin vaxtın onun lehinə olduğuna inanır.: O, ukraynalıları yıxıb ABŞ-a qarşı döyüşə bilər. O hesab edir ki, Avropa birliyi və Ukraynaya dəstək sonda eroziyaya düşəcək və dağılacaq” fikirlərini irəli sürüblər. Məqalədə, müharibə davam etdikcə Rusiya iqtisadiyyatının və xalqının əziyyət çəkəcəyi, lakin rusların bundan daha pis vəziyyətə dözdükləri bildirilib.
Putin üçün “məğlubiyyət deyilən bir şey yoxdur” deyən Rays və Qeyts Rusiyanın Ukraynadan qopardığı dörd şərq vilayətini heç vaxt tərk etməyəcəyini qeyd ediblər.Həmçinin qeyd olunub ki, əgər Rusiya lideri bu il hərbi baxımdan uğur qazanmasa, Ukraynanın şərqi və cənubundakı mövqelərdən yeni hücumlar üçün sıçrayış nöqtəsi kimi istifadə edəcəklər.
Rusiyanın Krımı ilhaq etməsi ilə 2022-ci ilin fevralında başlayan əməliyyat arasında 8 il olduğunu xatırladan ABŞ siyasətçiləri, Putinin öz taleyi olduğuna inandığı şeyi həyata keçirmək üçün səbirli davranacağına inamlarını ifadə ediblər.
Qərbdəki optimist mənzərənin əksinə olaraq Ukraynanın viran qaldığına işarə edən Rays və Qeyts, “Ukraynanın işğala qəhrəmancasına cavab verməsi və ordusunun parlaq performansına baxmayaraq, ölkə iqtisadiyyatı darmadağın edilib, milyonlarla insan qaçıb. , onun infrastrukturu dağıdılıb, mineral sərvətləri, sənaye imkanlarının və mühüm kənd təsərrüfatı torpaqlarının əksəriyyəti Rusiyanın nəzarətinə keçib”deyə bildiriblər.
Üstəlik, “Ukraynanın hərbi imkanları və iqtisadiyyatı indi demək olar ki, tamamilə Qərbdən, xüsusən də ABŞ-dan gələn həyat xətlərindən asılıdır. Silahları indi yığmasaq, sabah çox gec olacaq. Belə bir ssenaridən qaçmağın yeganə yolu ABŞ və müttəfiqlərinin Ukraynaya hərbi yardımını o qədər artırmaqdır ki, bu, təcili olaraq Rusiyanın yeni hücumunun qarşısını alsın və Ukraynaya şərqdə və cənubda Rusiya qüvvələrini geri sıxışdırmağa imkan versin" deyə keçmiş ABŞ rəsmiləri qeyd ediblər.
Məqalədə iddia edilir ki, Almaniya və digər NATO müttəfiqləri məsuliyyəti öz üzərinə götürməlidir, çünki ABŞ-dan Abrams tipli tankların göndərilməsində “ciddi logistik çətinliklər” var.
Keçmiş nazirlər zamanın ABŞ-a qarşı işlədiyini ifadə edərək “Bu imkanlara aylar yox, həftələr lazım olacaq. Gələcəkdə Rusiya ilə qarşıdurmadan qaçmağın yolu Ukraynaya işğalçını indi dəf etməkdə kömək etməkdir” deyə qeyd ediblər.
Rays və Qeyts müharibənin ağır yükünü Zelenski hökumətinin öz üzərinə götürdüyünü izah edir “Ukraynada qətiyyətli tərəfdaşımız var. Müharibənin nəticələrini çəkməyə hazırdır ki, gələcəkdə biz bunu etməyə məcbur olmayaq”.Aqil MusaMissiya.Az