AZ   |   RU
Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Missiya.Az
“Report”a istinadən  xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.
N.Paşinyan və T.Klaar həmçinin regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını da müzakirə ediblər.


Baxış sayı: 153
  • 8-12-2022, 19:19