AZ   |   RU
Dövlət Sərhəd Xidmətinin Akademiyasındakı yanğına SEPAH niyə sevinir?

İran İnqilabının Keşikçiləri Korpusunun Qasım Süleymaninin adını daşıyan "Haj Qasem" Telegram kanalı ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin binasında baş verən yanğınla bağlı paylaşım edib. 
 
Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, "Haj Qasem" Telegram kanalında qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Rza Abbasinin təxribatçı paylaşımına yer verilib.
 
O, “Bakı təsadüfi yanğınlara vərdiş edəcək və biz də bunun şahidi olacağıq” deyə yazıb. 
 
Həmçinin təxribatçı  paylaşımda Azərbaycan bayrağının içərisindən alov və İranın "Shahed" dronunun çıxması öz əksini tapıb.
 
Habelə Azərbaycanı həyasızcasına "Bakı rejimi" adlandıraraq "Bu, Bakı rejiminin seçdiyi bir aqibətdir və mən təklif edirəm ki, Ərdoğan buna baxaraq ibrət dərsi götürsün" deyə təxribatçı paylaşımında bildirib.
 
Aqil Musa
Missiya.Az

  • 7-12-2022, 18:00