AZ   |   RU
ABŞ Tayvana 428 milyon dollarlıq hərbi satışa icazə verdi
 
ABŞ Dövlət Departamenti Tayvana 428 milyon dollar dəyərində hərbi satışa icazə verib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çinlə ziddiyyət təşkil edən Tayvana iki ayrı hərbi satışın təsdiqləndiyini ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi açıqlayıb.

Mövzu ilə bağlı Agentlikdən ABŞ Konqresinə bildiriş göndərilib.

Bildirişdə, silah sistemlərinin ehtiyat hissələri, 330 və 98 milyon dollar dəyərində “F-16” və “C-130” təyyarə parkının da daxil olduğu Tayvana hərbi satışın təsdiqləndiyi bildirilib.

Agentliyin açıqlamasında, mümkün satışın həm də ABŞ-ın iqtisadi, milli və təhlükəsizlik maraqlarına və alıcının etibarlı müdafiə qabiliyyətini saxlamaq cəhdlərinə xidmət etdiyi vurğulanıb.

Leyla SƏMƏNDƏR
Missiy.Az


  • 7-12-2022, 14:31