AZ   |   RU
Almaniya Ukraynaya əlavə 7 tank göndərəcək


Almaniya hazırda Ukraynaya Rusiya ordusu ilə döyüşmək üçün hava hücumundan müdafiə tanklarını çatdırmağa hazırlaşır.
 
Missiya.Az  “Spiegel” jurnalının istinadən xəbər verir ki, Berlin administrasiyası Münxendə yerləşən silah istehsalçısı “Krauss-Maffei Wegmann” tərəfindən təmir olunan Gepard tanklarının Ukraynaya 2023-cü ilin yazında çatdırmağı planlaşdırdığını açıqlayıb.
 
Alman hökümətinin Ukraynaya hərbi və siyasi dəstəyi davam edir.
 
Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukrayna-Rusiya müharibəsi başlayandan bəri ilk dəfə ötən ilin oktyabrında Kiyevə səfər edib.
 
Aqil Musa
Missiya.Az
 

  • 2-12-2022, 13:57