AZ   |   RU
Şotlandiyada müəllimlər maaşa görə kütləvi tətilə başlayıblar

Müəllimlərin tətili səbəbindən Şotlandiyada demək olar ki, bütün məktəblər bağlanıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb. 

"Bu, demək olar ki, bütün məktəblərə, həm ibtidai, həm də orta məktəblərə, eləcə də bir çox bələdiyyə uşaq bağçalarına aiddir", - deyə telekanalın xəbərində bildirilib.

Qeyd olunub ki, Orkney və Şetlandda yalnız bir neçə ibtidai məktəb açıq qalır.

Bugünkü aksiya Şotlandiyada 1980-ci illərdən bəri təhsil işçilərinin ilk ümummilli tətilidir. Məktəb işçiləri səlahiyyətlilərdən inflyasiya ilə əlaqədar əmək haqlarının 10% artırılmasını xüsusilə tələb edirlər.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 24-11-2022, 16:05