AZ   |   RU
Türkiyə Ordusu anti-terror əməliyyatlarını davam etdirir

 Türkiyə Milli Müdafiə Nazirliyi anti-terror əməliyyatları ilə bağlı məlumat yayıb.
 
Missiya.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.
 
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, nə İraqın şimalı, nə də Suriya terrorçular üçün təhlükəsiz deyil. İraqın şimalında müvəffəqiyyətlə davam edən Pəncə-Kilid Hərəkatı bölgəsində 6 PKK terrorçusu zərərsizləşdirilib. 
 
“Biz terrorizmi mənbəyində məhv etmək əzmində qərarlıyıq” – deyə məlumatda bildirilir.
 
Nəriman Sultanoğlu 
Missiya.Az

Baxış sayı: 102
  • 27-09-2022, 17:07