AZ   |   RU
Türkiyə Prezidenti: "Hədəfimiz Putinlə Zelenskini ən qısa zamanda bir araya gətirməkdir"

“Hədəfimiz Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenskini ən qısa zamanda bir araya gətirmək, müharibəyə son verməkdir”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Türkiyənin səylərinə verdiyi dəstəyə görə həmkarlarına təşəkkür edib: “Cənab Putinə və Zelenskiyə minnətdaram. Bizdən fərqli olaraq, qonşumuz Yunanıstan isə təxribatçılıq edir”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.


Baxış sayı: 91
  • 26-09-2022, 18:50