AZ   |   RU
Almaniya kansleri Olaf Şolz Covid-19-a yoluxub

Kansler Şolz Baş nazirlik binasındakı mənzilində təcrid olunub.

Missiya.Az Anadolu agentiliyinə  istinadən xəbər verir ki, bu barədə Almaniyanın “DPA” telekanalında yer alan xəbərdə deyilir.

Xəbərdə vurğulanır ki, Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit baş nazir Şolzun Kovid-19 testinin müsbət çıxdığını bildirib.

Kanslerdə yüngül soyuqluq əlamətləri müşahidə olunduğunu qeyd edən Hebestreit, baş nazirin bu həftə üçün planlaşdırılan ictimai görüşlərinin ləğv edildiyini, lakin Şolzun əyalət başçıları ilə görüşdə və digər daxili görüşlərdə onlayn iştirak etmək istədiyini qeyd edib.

Xatırladaq ki, Şolz 24-25 sentyabr tarixlərində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfər etmişdi.

Digər tərəfdən Almaniyanın daxili işlər naziri Nensi Faser “Twitter”-də paylaşdığı paylaşımda Covid-19-a yoluxduğunu və payızda hər kəsə özünə diqqət etməyi tövsiyə edib.

Teymur ASLANOV
Missiya.Az

Baxış sayı: 114
  • 26-09-2022, 15:47