AZ   |   RU
Türkiyə ordusu İraqın şimalında iki terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının iki üzvünü zərərsizləşdirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, yaraqlılar “Pənçə-Kilit” antiterror əməliyyatı zonasında məhv edilib. “Türkiyə terrorla mübarizəni son terrorçu məhv edilənə qədər davam etdirəcək”.

Daşqın Həsənov
Missiya.Az


  • 8-08-2022, 12:45