AZ   |   RU
Əfqanıstanda məsciddə partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış məsciddə namaz vaxtı baş verib.
Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

  • 13-05-2022, 22:41