AZ   |   RU
Bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1107 vaksin vurulub.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə 164 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə isə 2 876 644 nəfər təşkil edir.


  • 6-09-2021, 15:24