Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,74 ABŞ dolları, yaxud 0,82 % ucuzlaşaraq 89,07 ABŞ dolları təşkil edib.
Bu barədə
Missiya.Az-a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri
82,86 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti
85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti
2020-ci il aprelin
21-də (
15,81 ABŞ dolları), maksimal qiyməti isə
2008-ci ilin iyulunda (
149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı
25 %-dir.