AZ   |   RU
Rusiya Ermənistanla sərhədi açdı

Ermənistan vətəndaşlarının quru sərhədindən Rusiyaya girişinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıbb.

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla görüşündə bildirib. O bu qərarın turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

“Hökumətin qərarına əsasən, Ermənistan vətəndaşlarının Rusiya ərazisinə quru yolu ilə daxil olmasına dair bütün məhdudiyyətlər aradan qaldırılıb”, - Mişustin söyləyib. 


  • 20-06-2022, 20:28