AZ   |   RU
Çin Rusiya-Ukrayna məhbus mübadiləsinə dair konsensusu alqışlayır

Çin hökuməti Rusiya və Ukrayna arasında məhbus mübadiləsinə dair konsensusu alqışlayır.


Missiya.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə iyulun 24-də jurnalistlərə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinq zamanı bildirib. 


"Biz qeyd etdik ki, Rusiya və Ukrayna birbaşa danışıqların növbəti raundunu keçirib və əsirlərin mübadiləsi kimi humanitar məsələlərdə konsensus əldə ediblər. Çin bunu alqışlayır", - TASS onun sözlərindən sitat gətirib. 


Həmçinin, Quo Jiakun Moskva və Kiyevin münaqişənin siyasi həllinə çalışacaqlarını ümid etdiyini vurğulayıb.




Zərintac Mayisqızı 
Missiya.Az 


  • 24-07-2025, 15:11