AZ   |   RU
“Neftçi” qapıçı transferini rəsmiləşdirib


“Neftçi” qapıçı transferini rəsmiləşdirib. 



Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq “Neftçi” ailəsinin üzvüdür. 


31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç iki dəfə Bosniya və Herseqovina, bir dəfə isə Sloveniya (çempionu olub. O, iki dəfə Bosniya və Herseqovina , bir dəfə Sloveniya və Yunanıstan çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.



  • Dünən, 18:37