AZ   |   RU
Ramzan Kadırov Bodrum çimərliyində boğulub - Türkiyə mətbuatı

Türkiyəli həkimlərin Çeçenistan rəhbəri Ramzan Kadırovu Bodrum çimərliyində xilas etdiyi iddia edilir.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “GZT” nəşri məlumat yayıb.


"Dənizə girən Ramzan Kadırov qəfil boğulmağa başlayıb. Yaxınlıqdakı polis əməkdaşları vəziyyəti görüb və həkimləri çağırıblar", - deyə vurğulanıb.


Məlumata görə, Çeçenistan rəhbəri ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdirilib.


Qeyd olunub ki, Kadırov bir müddət həkimlərin nəzarətində olub və özünü yaxşı hiss edir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:43