AZ   |   RU
Gəncədə axtarışda olan şəxs polislərə silahlı müqavimət göstərib

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Missiya.Az-a bildirilib ki, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.


Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.


Faktla bağlı araşdırma aparılır.



  • Dünən, 20:09