AZ   |   RU
ABŞ Patriot sistemlərini Ukraynaya ötürmək üçün bir sıra dövlətlərlə danışıqlar aparır

ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı bir sıra ölkələrlə danışıqlar aparır.


Missiya.Az xəbər verir ki, bu barədə Amerika hökümətindəki adı açıqlanmayan mənbə məlumat verib.



"Bunlar ayrı-ayrı ölkələrlə ayrıca sazişlər olacaq", - deyə mənbə vurğulayıb.


Rəsmi əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi bəzi ölkələrlə Patriot sistemlərinin Ukraynaya tədarükü ilə bağlı mümkün ikitərəfli razılaşmalar barədə danışıqlar aparır. 


Onun sözlərinə görə, proses hazırda razılaşma mərhələsindədir və heç bir müddət yoxdur.


Eyni zamanda, adı açıqlanmayan mənbə bu danışıqlarda neçə dövlətin iştirak etdiyi, onların siyahısı və sazişlərin icrası üçün son tarixlər barədə təfərrüatları açıqlamayıb.



Daşqın Həsənov

Missiya.Az




  • Bu gün, 10:34