AZ   |   RU
Növbəti üç gündə bəzi ərazilərdə leysan yağacaq

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.


Missiya.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.


Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.


Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.



  • Dünən, 19:02