AZ   |   RU
Azərbaycan ASEAN ilə minatəmizləmə sahəsində əməkdaşlığı gücləndirir



Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycan hökumət nümayəndə heyəti Kambocaya səfəri çərçivəsində ASEAN-ın minalardan təmizləmə üzrə Regional Mərkəzini (ARMAC) ziyarət edib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu görüş 2024-cü ildə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində qabaqcıl təcrübələri öyrənmək üçün ASEAN ölkələrinə tanışlıq səfəri ilə başlayan müsbət qarşılıqlı əlaqə dinamikasının davamıdır.

"ARMAC 2025-ci il üçün ASEAN Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Birliyi (APSC) proqramı çərçivəsində minatəmizləmə sahəsində regional və qlobal səylərə sadiqliyini təsdiqləyir" - təşkilatın rəsmi məlumatında qeyd olunur.

Görüş zamanı tərəflər minatəmizləmə əməliyyatlarının effektivliyini və təhlükəsizliyini artırmaq üçün elmi tədqiqatların və müasir texnologiyaların tətbiqinin kritik əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar.




  • Bu gün, 12:33