AZ   |   RU
Əliyev ilk dəfə Ukraynanı açıq şəkildə dəstəklədi - Rusiya mediası

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya münasibətdə işğal sözünü işlətməklə ilk dəfə açıq şəkildə Ukraynanın tərəfini tutub.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazı dərc edib.


"İlham Əliyevin rezonans doğuran bəyanatı Ukrayna böhranı ilə bağlı idi. Kiyevə hansı məsləhəti verə biləcəyi sualına cavab verən Azərbaycan Prezidenti Rusiyanın hərəkətlərinə münasibətdə iki dəfə işğal sözünü işlətməklə açıq şəkildə Ukraynanın tərəfini saxladı”, - deyə vurğulanıb.


Qeyd edək ki, dövlət başçısı iyulun 19-da III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Ukraynanı işğalla razılaşmamağa çağırıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:25