AZ   |   RU
ABŞ İranın “Shahed” dronlarına cavab olaraq yeni pilotsuz uçuş aparatını təqdim edib

ABŞ İranın məşhur “Shahed” dronlarına cavab olaraq yeni və daha ucuz pilotsuz uçuş aparatını – LUCAS adlı kamikadze dronun təqdimatını keçirib.

Missiya.Az
xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.


Arizona ştatında yerləşən "SpektreWorks" şirkəti tərəfindən hazırlanmış bu dron Pentaqonun avtonom sistemlər üzrə nümayişində ilk dəfə ictimaiyyətə təqdim olunub. LUCAS artıq sınaqlardan uğurla keçib, kütləvi istehsala tam hazır vəziyyətdədir və yaxın zamanda ABŞ ordusunun istifadəsinə veriləcəyi gözlənilir.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:08