AZ   |   RU
Rusiya-Ukrayna danışıqları bu həftə İstanbulda baş tuta bilər - KİV

Bu həftə İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının keçirilməsi planlaşdırılır.


Missiya.Az xəbər verir ki, bu barədə “İndependent Türkçe” nəşri məlumat yayıb.


Bildirilib ki, nümayəndə heyətləri 23-24 iyul tarixlərində İstanbulda görüşməyi planlaşdırır.


Qeyd edək ki, Türkiyə 2022-ci ilin fevralında genişmiqyaslı müharibə başlayandan bəri Rusiya və Ukrayna arasında dialoqda dəfələrlə vasitəçi kimi çıxış edib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:04