AZ   |   RU
Gizem Karacadan yeni doğulan qızına məktub

Yeni ana olan aktrisa Gizem Karaca qızı ilə bağlı sosial mediada paylaşım edib.

Missiya.Az 
xəbər verir ki, paylaşımda deyilir:


"Qızıma...Bir daha heç nə əvvəlki kimi olmayacaq. İndi, məsələn, özümü dünyanın ən güclü qadını kimi hiss etdiyim halda, qorxularım daha da güclənəcək. O vaxtlar narahat olduğum hər şeyin nə qədər əhəmiyyətsiz olduğunu anlayacağam. Sən böyüdükcə və çiçəkləndikcə, biz özümüzü qiymətləndirəcəyik, ancaq zamanın sürüşüb getdiyinin də şahidi olacağıq. Bəlkə də qocaldığımızın fərqinə varmayacağıq. Bildiyimiz növbəti şey, başqa ölkədə ailəvi tətildə eyni masada güləcəyik. Bəlkə mən sənin zəngini gözləyəcəm, sən isə "Ay ana" deyə düşünüb sızıldayacaqsan. Sevgili problemlərini dinləyəcəm, ata isə "onları eşitmək istəmirəm" deyəcək. Ola bilsin ki, atana zəng edib məndən şikayət edəcəksən, mən də sizə "doqquz ay bətnimdə gəzdirmişəm!" deyəcəyəm və sonra dərhal peşman olacağam. Ancaq bunu bilin: biz həyatı sənin üçün inanılmaz dərəcədə sevincli yaşadacağıq. Sevgi ilə yuxuya gedəcəksən və dinc oyanacaqsan. Atanla mən 20 gündür gözümüzü səndən çəkə bilmirik. Sən mənim indiyə qədər etdiyim ən yaxşı şeysən. Sən mənim həyatımda verdiyim ən böyük qərarsan. 20 gün əvvəl xəstəxanaya getməyi heç vaxt unutmayacağam. Bir daha heç nə əvvəlki kimi olmayacaq, çünki biz birlikdə böyüyəcəyik, sən mənim müəllimim, mən də sənin müəllimin olacağam. Allaha çox şükür. Sizi cox sevirik Yaz, gəldiyinə görə çox şadam".


Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 15:00