AZ   |   RU
Qırğızıstan Prezidenti Tacikistana gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 8-9-da Tacikistanda dövlət səfərində olacaq.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip bildirib. 



Onun sözlərinə görə, səfər çərçivəsində Sadır Japarov tacikistanlı həmkarı Emoməli Rəhmonla ikitərəfli danışıqlar aparacaq. Eyni zamanda, parlamentin hər iki palatasının sədrləri və Tacikistanın baş naziri ilə görüşlər nəzərdə tutulub. Bir sıra ikitərəfli sənədlərin imzalanması və Qırğızıstan və Tacikistan dövlət başçılarının birgə bəyanatının qəbulu da gözlənilir.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 11:16