AZ   |   RU
Hazırda hansı ixtisaslara əmək bazarında tələbat var? - AÇIQLAMA


Bəzi ixtisaslara yiyələnən gənclər əmək bazarında iş tapmaqda çətinlik çəkirlər. Düzdür peşəyə sevgi olduqca önəmli rol oynasa da, həmçinin gələcəkdə karyera imkanlarını araşdırmaq bir o qədər vacibdir. Bir çox abituriyent düşünmədən seçim edir, sonradan peşmanlıq yaşayır.

Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında deyib ki, hazırda əmək bazarında iqtisadi və texnoloji sahələrə tələbat var:

“Bunlara informasiya təhlükəsizliyi, süni intellekt, proqram təminatı mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri və kompüter mühəndisliyi, habelə maliyyə, beynəlxalq ticarət və logistika, menecment və marketinq ixtisaslar daxildir. O cümlədən bütün ixtisas qruplarında pedaqoji istiqamətli sahələrin hər birinə həmişə kadrlar gərəklidir”.



Təhsil eksperti qeyd edib ki, gənclər, eyni zamanda valideynlər əmək bazarını yaxşı araşdırmalı və onun əsasında peşələri müəyyənləşdirməlidirlər:

“Yaxşı olar ki, sözügedən məsələlərdə mütəxəssis rəyləri də alınsın. Abituriyentlər qeyri-ixtiyari, kortəbii formada oxumaq vaxtında düzgün qərar qəbul etməlidirlər. 4-cü ixtisas qruplarında tibb, stomotologiya, yeni açılmış qida təhlükəsizliyi, həmçinin, qidalanma, diyetologiya ixtisaslarına tələbat var. Gənclər həmin sahələri seçməklə daha asan iş imkanlarına nail ola bilərlər”.



Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 11:48