AZ   |   RU
Türkiyədə 8 hərbçi şəhid oldu


İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənmə nəticəsində ölən türkiyəli hərbçilərin sayı 8 nəfərə çatıb. 


Missiya.Az xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 


“6 iyul 2025-ci il tarixində Pençe-Kilid əməliyyatı bölgəsində 852-ci təpədə separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazından zərər çəkmiş daha 3 qəhrəman döyüş yoldaşımız şəhid olub, şəhid şəxsi heyətin sayı 8-ə çatıb. Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralananlara şəfalar diləyirik”-deyə məlumatda qeyd olunub. 


Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.



Nurlana Əhmədova
Missiya.Az






  • Bu gün, 09:29