AZ   |   RU
Ötən gün Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlanıb

 

Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Missiya.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.




  • Bu gün, 11:14