AZ   |   RU
Yasamalın qaz təchizatında fasilə yaranıb

 

Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

Bu barədə Missiya.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.




  • Bu gün, 10:09