AZ   |   RU
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı reydlər başlayıb - Həbs olunanlar var

 

Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı irimiqyaslı reydlər başlayıb. Reydlər zamanı onlarla şəxs saxlanılıb.  


Missiya.Az “Novıe İzvestiya”ya istinadən xəbər verir ki, Voronejdəki Alekseevski bazarı (“Çernozemye” kiçik topdansatış bazası) uzun müddətdir ki, təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olub.

 Burada ildə bir neçə dəfə miqrasiya sahəsində qanun pozuntularının aşkar edilməsi məqsədilə reydlər keçirilir. Bu dəfə isə reydlər bilavasitə azərbaycanlılara qarşı olub.


Hüquq mühafizə orqanları reydlərə səbəb kimi, yerli sakinlərin şikayətini göstəriblər. Guya ki, yerli sakinlər mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitar şəraitdən gileylənirlər.


Elcan

Missiya.Az



  • Bu gün, 08:43