AZ   |   RU
“Tabeliyimizdəki heç bir zavodda partlayış olmayıb” - RƏSMİ

“İyunun 26-da bəzi internet xəbər saytlarında Bakı şəhərində axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayışın baş verməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil”.


Missiya.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Sənayesi Nazirliyi yayıb. 


“MSN-in tabeliyində olan heç bir zavodda partlayış baş verməyib. Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Mətbuat xidməti ilə dəqiqləşdirmədən MSN ilə bağlı əsası olmayan belə məlumatların yayımlanmasında diqqətli olsunlar”, - məlumatda qeyd olunub.



  • Bu gün, 00:55