AZ   |   RU
Rusiya Ermənistan və Azərbaycan arasında yeni eskalasiyasının olmayacağına ümid edir - Kreml

“Rusiya Ermənistan və Azərbaycan arasında yeni eskalasiyasının olmayacağını gözləyir”.


Missiya.Az “RİA-Novosti”yə istinadən  xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


"Ümid edirik ki, iki ölkə arasında belə bir şey baş verməyəcək”, - deyə siyasətçi vurğulayıb.


Peskov qeyd edib ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə işləri başa çatdırmağa çox yaxındırlar.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:42