AZ   |   RU
“İsrail və İranı atəşkəsə tam əməl etməyə dəvət edirik” - Ərdoğan

“Ötən axşam saatlarında İsrail və İran arasında əldə olunan atəşkəs xəbərini alqışlayırıq”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlanda səfər etməzdən öncə hava limanında təşkil olunan mətbuat konfransı zamanı deyib.


O bildirib ki, bütün tərəfləri atəşkəsə tam əməl etməyə dəvət edirik. 


“Bölgədə atəşkəs əldə edəcək və sonra daimi sülhə zəmin yaradacaq hər cür səyi təqdir edir və səmimiyyətlə dəstəkləyirik”, - deyə siyasətçi vurğulayıb.


Ərdoğan qeyd edib ki, əks təqdirdə bütün bölgə bundan zərər görər.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:19