AZ   |   RU
Zelenski NATO sammitində iştirak etmək üçün Niderlanda səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib.


Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, Ukrayna lideri Haaqada Niderlandın Baş naziri Dik Şuf ilə görüşüb.


Bildirilib ki, Zelenki və Şuf Ukraynadakı vəziyyəti müzakirə ediblər.


"Biz ədalət bərpa etmək və Rusiyanın cinayətlərinə görə cavab verməsi üçün çalışmaqda davam edəcəyik. Bu, ailələrimiz, bizim hamımız, bütün Avropa və dəyərlərə, hüquqlara və qanunlara hörmət edən dünya üçün çox vacibdir. Bu, həqiqətən də vacibdir", - deyə Zelenski vurğulayıb.


Məlumata görə, Zelenski NATO-nun Niderlanda keçiriləcək sammitində də iştirak edəcək.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:41