AZ   |   RU
ABŞ xaricdə səfərdə olan vətəndaşlarını xəbərdar etdi – “İzdihamlı yerlərdən qaçın”


 

ABŞ Dövlət Departamenti ABŞ ərazisindən kənarda olan ABŞ vətəndaşları üçün qlobal xəbərdarlıq edib. İyunun 22-də dərc edilən bəyanatda vurğulanır ki, İsrail və İran arasındakı münaqişə Yaxın Şərqin nəqliyyat infrastrukturunda geniş miqyaslı pozuntulara, o cümlədən İordaniya, Livan və İraqın hava məkanını bağlamasına səbəb olub. Bunun fonunda dünyanın müxtəlif regionlarında Amerika əleyhinə nümayişlərin və etirazların riski xeyli artıb.

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamenti Amerika vətəndaşlarınıan daha çox sayıq olmağa çağırıb: “İnsanların toplaşdığı izdihamlı yerlərdən qaçın, yerli xəbərləri izləyin və STEP fövqəladə xəbərdarlıq proqramında qeydiyyatdan keçin. Hava nəqliyyatına xüsusi diqqət yetirin  - ABŞ Federal Aviasiya İdarəsi İran, İraq və Fars körfəzi üzərində uçuşlara qadağa qoyub. Emirates və Qatar Airways də daxil olmaqla iri aviaşirkətlər artıq münaqişə zonaları ətrafında uçuşların istiqamətlərini dəyişdirirlər.

 

Elcan

Missiya.Az




  • Bu gün, 09:53