AZ   |   RU
Ağ Evdən İrana xəbərdarlıq - Ya təklifi qəbul et, ya da nəticəyə hazır ol



“ABŞ İrana çox konkret və məqbul təklif təqdim edib. Əgər Tehran bu təklifi qəbul etməsə ciddi nəticələrlə üzləşəcək”.


Missiya.Az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karolin Levit mətbuat konfransı zamanı deyib.


O bildirib ki, ABŞ Prezidenti Donald Tramp da bunu dəfələrlə bəyan edib.


Levit qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Vitkov İran rejiminə çox təfərrüatlı və məqbul bir təklif təqdim edib və Tramp Tehranın bunu qəbul edəcəyinə ümid edir. İran bunu qəbul etməsə ciddi nəticələrlə üzləşəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 4-06-2025, 06:59