AZ   |   RU
Ermənistanın polis rəisi vəzifəsindən azad edilib

Ermənistan polisinin rəisi, daxili işlər nazirinin müavini Aram Hovhannisyan tutduğu vəzifədən azad edilib.

Missiya.Az
xəbər verir ki, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.


Belə ki, o, baş nazirin tələbi ilə istefa məktubu yazıb. Bu qərarın səbəbləri açıqlanmır.


Qeyd edək ki, 59 yaşlı Hovhannisyan 1990-cı ildən Ermənistanın daxili işlər orqanlarında çalışır. 2023-cü il yanvarın 9-dan Ermənistan polisinin rəhbəridir.


Daha əvvəl “Hetq” nəşri polis rəisinin oğlunun "Şenqavit" polis idarəsinin dayanacağını mənimsədiyini və orada qanunsuz olaraq bina tikdiyini yazmışdı. Həmin vaxt Aram Hovhannisyan "Şenqavit" polis idarəsinin rəisi vəzifəsini tuturdu.




Zərintac Mayisqızı
Missiya.Az




  • 2-06-2025, 14:21