AZ   |   RU
Belarus Prezidenti Çinə səfər edəcək


Belarus Prezidenti Aleksandr Lukaşenko 2-4 iyunda Çin Xalq Respublikasına səfər edəcək. 


Missiya.Az xəbər verir ki, bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidməti məlumat verib. 


Bildirilib ki, Pekində Belarus lideri Aleksandr Lukaşenko ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş baş tutacaq. 


Görüşdə Belarus-Çin münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq.


Səfər proqramına bir sıra digər danışıqlar və görüşlər də daxildir. 



Nurlana Əhmədova
Missiya.Az



  • 2-06-2025, 10:32