AZ   |   RU
Şabranda qəza - Ölən və yaralananlar var

Şabranda avtomobil işıq dirəyinə çırpılıb. 


Missiya.Az "Report"a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Əmirhəmzəyev Özbəy Adəm oğlu idarə etdiyi "Qaz 53" markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılıb. 


Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Balaqədəşov Tərlan Əzim oğlu, 1975-ci il təvəllüdlü Balaqədəşov Gülmalı Şahmirzə oğlu və 1990-cı il təvəllüdlü Şıxəliyev Həmid Hikmət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


Faktla bağlı cinayət işi başlanıb.



  • Dünən, 09:18