AZ   |   RU
Peskov ABŞ-nin Qara dənizdə təhlükəsiz gəmiçilik ideyasını şərh etdi

ABŞ Prezidenti Donald Trampın Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi təşəbbüsü Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar çərçivəsində nəzərdən keçirilə bilər.

Missiya.Az 
xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Hazırda hər şey birbaşa Rusiya-Ukrayna danışıqlarına cəmləşib. Şərtlərin siyahısı hazırlanır, atəşkəs üçün siyahı razılaşdırılacaq. Gəmiçiliyin təhlükəsizliyi ehtimal olunan gələcək anlaşmaların bir hissəsi olacaq", - o qeyd edib.


Rusiya və ABŞ nümayəndə heyətləri martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynada münaqişənin həlli üzrə danışıqlar aparıblar. Bu danışıqların əsas mövzusu Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması elan edilib. Atəşkəs və infrastrukturun qorunmasının da müzakirə olunduğu görüş 12 saat davam edib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 15:01