Şənbə 24 May 2025 / 20:20:41
                    AZ   |   RU
İrəvan və Bakı Arazdəyən - Horadiz dəmir yolunun açılmasını müzakirə edir

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hökumət saatında Baş nazirin müavini Mher Qriqoryan deyib. 
"Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış formalaşıb. Danışıqlarımız Arazdəyən-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Yeraşxdan İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə Qriqoryan qeyd edib. 
Xatırladaq ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü keçirilib.


  • 8-12-2021, 20:31