AZ   |   RU
Özündən 17 yaş kiçik qızla evlənən kişiyə hökm oxundu


Sabirabadda 16 yaşlı qızla evlənən kişi cinayət məsuliyyətinə cəlb edilib. 


Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı Yeni Zəngilan qəsəbəsində baş verib. 


Qəsəbə ərazisində məskunlaşan 1991-ci il təvəllüdlü Möhlət rayon ərazisindəki şadlıq sarayında İlahə adlı qızla tanış olub. Bir müddət danışdıqdan sonra onlar ailə qurmaq qərarına gəlsələr də, məlum olub ki, qızın yaş həddi onların nigaha girməsinə icazə vermir. 2008-ci il təvəllüdlü İlahə öz razılığı ilə Möhlətə qoşulub qaçıb və 2024-cü il yanvarın 12-də toyları olub. 


2024-cü ilin avqust ayında Sabirabad Rayon Mərkəzi Xəstəxanasında cütlüyün bir qız övladı doğulub və azyaşlı qızın övlad dünyaya gətirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. 


Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Möhlətə bir il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.



  • Bu gün, 15:37