AZ   |   RU
Ötən il məişət zorakılığına məruz qalan 21 kişiyə mühafizə orderi verilib

 

2024-cü ildə məişət zorakılığına məruz qalma ilə bağlı 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla, ümumilikdə, 359 mühafizə orderi icraatda olub.

Missiya.Az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda bildirilib ki, onlardan 338-і (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib.

Vurğulanıb ki, 2023-cü ildə qısamüddətli müzafizə orderlərinin sayı 180, uzunmüddətlinin sayı 16 olub.

Hesabatda qeyd edilib ki, 190 (2023-cü ildə 139) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 12 (2023-cü ildə 3) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib, 28 (2023-cü ildə 14) mühafizə orderi "İcra haqqında" qanunun 7 və 9-cu maddələri ilə geri qaytarılıb, 18-i ərazi aidiyyəti üzrə göndərilib, 111 (2023-cü ildə 29) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib.




  • Bu gün, 11:18