Azərbaycanın 6 oğlan, 11 qız boksçusu Bakıda yeniyetmələr arasında təşkil olunan “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin finalına yüksəlib.
Missiya.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlanların həlledici görüşündə 44 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.
Qızların mübarizəsində isə 4 çəki dərəcəsində (46 kq, 48 kq, 50 kq, 52 kq) Azərbaycan finalı baş tutacaq.
Azərbaycanın 18 boksçusu isə artıq bürünc medalı rəsmiləşdirib. Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov, Hüseyn Vahabov (hər ikisi 75 kq), Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) turniri 3-cü pillədə başa vurublar.
Oğlanlar
Yarımfinal
44 kq
Əli Ruşanov (Azərbaycan) – Həsrət Məmmədov (Azərbaycan) 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29)
Həsən Sərhədli (Azərbaycan) – Abdulrahim Məmmədov (Azərbaycan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26)
48 kq
Əli Əliyev (Azərbaycan) – Zaza Mdinaridze (Gürcüstan) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27, 30:27)
54 kq
İbrahim Bədəlli (Azərbaycan) – Zanqqar Sailavbek (Qazaxıstan) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27)
60 kq
Şahin Aslanov (Azərbaycan) – Ruşen Saydullayev (Özbəkistan) 3:2 (28:29, 29:28, 27:30, 30:27, 30:27)
+80 kq
Səftər Məmmədzadə (Azərbaycan) – Şojahon İslomov (Özbəkistan-2) – birinci tam üstünlüklə qalib gəlib
Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışda final görüşləri bu gün keçiriləcək. Bakı Boks Mərkəzində qızların mübarizəsi saat 12:00-da, oğlanların yarışı saat 14:00-da başlayacaq.