AZ   |   RU
Türkiyəli prorektor Azərbaycanda dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkib - FOTOLAR

 

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərliyi ilə qardaş ölkənin MMU-nun Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyətləri, müəllimləri, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olublar.

Keçirilən görüşlərdə Türkiyə nümayəndə heyətinə Azərbaycan HHQ və HDQ-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, brifinqlər təqdim olunub.

Plana uyğun olaraq, qonaqlar HHQ-nin “N” hərbi hissəsini ziyarət edib, həmçinin HDQ-nin dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkiblər.

Səfər zamanı qardaş ölkənin nümayəndə heyətini maraqlandıran bütün suallar cavablandırılıb.




  • Bu gün, 11:52