AZ   |   RU
UEFA Avropa Liqası: “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər

UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcib.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.


“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.


Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.


UEFA Avropa Liqası


Yarımfinal mərhələsi, cavab görüşləri


8 may


23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) - 0:2


İlk oyun - 1:3.


23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) - 4:1.


İlk oyun - 3:0.


Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.



  • Bu gün, 01:37