AZ   |   RU
Çaylarda sululuq artıb


Avtomat hidroloji stansiyaların mayın 8-i saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 


Bu barədə Missiya.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 


Böyük Qafqaz ərazisindən axan Əyriçayda 28 sm, Qarasuçayda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçay-Vəngdə 3 sm, Kür çayının aşağı axınında Kür-Surrada 50 sm, Kür-Zərdab, Kür-Salyanda 20 sm, Kür-Şirvanda 42 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 48 sm, Araz çayının yuxarı axımında isə 10 sm artım qeydə alınıb. Transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 294 m3/san olmaqla normanın 148%-ni təşkil edir.



  • Bu gün, 10:29