AZ   |   RU
Parisdə naməlum şəxs avtomobili qələbəni qeyd edən PSJ fanatlarının üzərinə sürüb

Parisdə yerli futbol klubunun PSJ-nin Çempionlar Liqasının finalına çıxması münasibətilə keçirilən şənlik zamanı 3 nəfər yaralanıb, 43 nəfər həbs edilib.

Missiya.Az 
“Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

"Champs-Elysées" yaxınlığında avtomobilin vurması nəticəsində 3 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan videoda naməlum səbəbdən izdihamın üzərinə sürən avtomobilin bir neçə nəfəri yıxdığı görünür.

Xəsarət alanlardan birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağırdır. Hadisədən sonra pərəstişkarları avtomobili təqib edib və nəticədə avtomobilin hadisə yerindən bir neçə metr aralıda yanmış vəziyyətdə tapılıb. İçəridə olanların həbs olunub-olunmadıqları hələlik məlum deyil.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:02